Bayraq Meydanına dəvət

Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək

Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək.Bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, Dövlət Bayrağının 162 m hündürlüyə qaldırılması prosesini canlı izləmək istəyən hər bir şəxs, o cümlədən KİV nümayəndələri oktyabrın 11-i saat 10.30-da Dövlət Bayrağı Meydanına dəvət olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00