Ombudsman Qurban bayramı münasibətilə ahılları təbrik edib
3 Oktyabr 2014 17:54 SiyasətAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ahılların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Y.Cəfərova və təsisatın əməkdaşı F.Həmzəyeva Ombudsmanın tapşırığı ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionata gedərək sakinlərlə görüşüb və onlar üçün Beynəlxalq Ahıllar günü münasibətilə hazırlanmış tədbirə qatılıblar. Qeyd edək ki, hazırda pansionatda dövlət təminatında 164 ahıl vətəndaş yaşayır. Müvəkkilin Ahılların Resurs Mərkəzində Qurban bayramı münasibətilə bayram süfrəsi təşkil olunub. Mərkəzin 94 yaşlı yeni üzvü belə bir ocağa qatıldığına görə Elmira xanıma öz təşəkkürünü bildirib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00