Prezident Administrasiyasında oktyabr ayı üzrə QƏBUL GÜNLƏRİ
3 Oktyabr 2014 17:40 SiyasətPrezident Administrasiyasında vətəndaşların oktyabr ayı üzrə qəbul günləri açıqlanıb. Lent.az-ın Azərbaycan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin günlərdə ölkə vətəndaşları dövlət müşavirlərinin, prezidentin köməkçilərinin və eyni zamanda, PA-nın şöbə müdirlərinin qəbulunda ola bilərlər. Vətəndaşlar Azərbaycan Prezidenti Administrasiyasının qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı saat 9:00-dan 13:00-dək, qəbul isə saat 14:00-dan başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00