Siyasi məhbus, yoxsa düşmən ölkəyə məlumat sızdıran xəyanətkar?

Qərb dövlətləri öz təhlükəsizlikləri üçün təbdir görəndə demokratiya, Azərbaycan bunu edəndə cinayət olur?

Hüquq müdafiəçisi Leyla Yunus hələ də radikal müxalifət tərəfindən "siyasi məhbus", yaxud "anti-demokratiya" arqumentləriylə dəstəklənir. Bunlara "tolerantlıq" tezislərini əlavə edənlər də var. Birincisi, hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbus deyil. Çünki düşmən ölkəsinə məxfi məlumatlar sızdıran şəxs yalnız xəyanətkar ola bilər. Bunu müxalifətdə olan Əli Kərimlisindən tutmuş Əvəz Temirxanınadək hamı bilir. İkincisi, Leyla Yunusun həbsi anti-demokratiya qaydası da deyil. Azərbaycan ərazilərinin 20% ərazisinin işğal edən Ermənistanla işbirliyində olan şəxsin başına tumar çəkib masanın ali tərəfində əyləşdirmək düzgün deyil. Müxalifətin bu iddiasına, Julian Assanc və Eduard Snouden nümunələriylə cavab vermək olar. Assanc doğulduğu Avstraliyadan tutmuş ABŞ-daək geniş arealı əhatə edən dövlətlərə məxsus məxfi sənədləri özünün saytında nəşr etdirdidiyi məlumdur. Assancın bu hərəkətlərinə heç Avstraliya da haqq qazandırmadı. Əksinə ABŞ-ın onu interpolun axtarışa verməsini açıq şəkildə dəstəklədi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snouden haqqında da eyni sözləri demək olar. Snouden Ağ Evin Yaxın Şərq və Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı gizlinləri dünya mediasında yayımladı. İmperialist Amerikasını ifşa etməsi üçün Snouden düzgün addım atmışdı. Lakin Amerika nöqteyi-nəzərindən axmaqlıq və əxlaqsızlıq idi. Hər birimiz amerikalı olsaydıq, Birləşmiş Ştatlar adından Snoudenə ən sərt cəzanın verilməsini tələb edərdik. ABŞ-ın hakim Demokratlar Partiyası Snouden üzərində təzyiqləri artıranda keçmiş kəşfiyyatçını Amerikada dəstəkləyən əsas qüvvə müxalifətdə olan Respublikaçılar idi. İndi həmin münasibət Leyla Yunusa Azərbaycan müxalifətinin radikal qanadı tərəfindən nümayiş olunur. Avstraliyanın Assanca, Amerikanın Snoudenə göstərdiyi reaksiyanı indi Leyla Yunusa Azərbaycan göstərir. Müxalifət kimi Qərb də Leyla Yunusu müdafiə edərkən, ilk öncə Assan cə Snouden faktlarını nəzərdən keçirməlidirlər. Yoxsa ki, Qərb dövlətləri öz təhlükəsizlikləri üçün təbdir görəndə demokratiya, Azərbaycan bunu edəndə cinayət olur? Hansı kitab yazır bunu? Etik dəyərlər baxımından da Assanc və Snoudenin öz ölkələri üçün etdikləri əxlaq deyil, əxlaqsızlıqdır. Düzdür, ABŞ qəsbkardır, Avstraliya isə işğala haqq qazandıran. Amma bu ölkələr Assanc və Snoudenin vətənləridir. Bu gün öz Vətəninə şər atan sabah bunu getdiyi yerə qarşı təkrarlayacaq. Eyni fikirlər Leyla Yunus üçün də keçərlidir.

Leyla Yunus niyə ermənilərlə işbirliyinə girib?

İddia olunduğu kimi həqiqətən də Azərbaycanda anti-demokratiya ab-havası hökm sürürsə, o zaman müxalifət Leyla xanıma bəraətin qazandırılması üçün ortaya tutarlı faktlar qoysun. Edə bilmirsə, sussun. Məsələn, Leyla Yunusun AXCP-Müsavat tandeminin hakimiyyətdə olduğu vaxt Azərbaycanın hərbi sirrlərini Ermənistan tərəfinə ötürülməsini İsa Qəmbər də bilir, Əli Kərimli də. Müharibə dövründə bütün cəbhəyə nəzarət edən və döyüş planlarını hazırlayan, Müdafiə Nazirliyi kimi bir qurumda Leyla Yunusa mötəbər vəzifənin verilməsi cinayət idi. Təbii ki, Azərbaycanın həmin vaxt Ermənistana birinci müharibəni uduzmasında əsas pay sahiblərindən biri də Leyla Yunus olub. Belə bir fakt ortada ola-ola hüquq müdafiəçisinə haqq qazandırmaq bir qədər müəmmalı olmalıdır. Üçüncüsü, Leyla Yunusun tez-tez ermənilərlə publika qarşısına çıxmasını radikal müxalifət tolerantlıq nümunəsi kimi qiymətləndirir. Fürsət düşən kimi Azərbaycan ərazilərinə soxulan, Xocalı Soyqırımı kimi bütün zamanların ən dəhşətli cinayətini törətmiş ermənilərlə işbirliyində hansı tolerantlıqdan söhbət gedə bilər?! Ən azından o qədər qərəzli və cinayətkar xislətli olasan ki, belə bir işə qol qoyasan. Hər şeyin bir həddi var. Sual verilir, Leyla Yunus niyə ermənilərlə işbirliyinə girib? Əgər məsələ Dağlıq Qarabağ və ətraf rayonların işğalından gedərdisə, bəli Leyla Yunusa haqq qazandırmaq olardı. Yox, söhbət Qərb dairələri tərəfindən elan edilmiş müsabiqələrdən əldə olunan qrantlardan gedirsə, bəli Leyla Yunus xəyanətkardır. Şəxsi mənfəəti üçün Vətəni satmaq əxlaqsızlıq nümunəsidir. Haqq qazandırmaq olmaz. Bu gün Leyla Yunusa qazandırılacaq haqq, sabah başqalarının ayağının altına yel verəcək.


Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00