Milli Şuranın sosial baza axtarışı
Müttəfiqlərindən əlini üzən Şura dindarlara üz tutub
3 Oktyabr 2014 15:57 SiyasətUzunmüddətli fasilədən sonra Milli Şura adlanan qurum fəaliyyətini bərpa etmək qərarına gəlib. İlk qərar aksiyaların keçirilməsi ilə bağlı olub. Belə ki, Şura oktyabrin 12-də aksiya keçirmək barədə qərar qəbul edib. Ancaq etiraf edilməlidir ki, bu qərarın nə qədər qəti və effektli olacağı şünhə altındadır. Çünki MŞ mövcudluğu dövrübdə dəfələrlə belə qərarla maniöuliyasiya edib. Özünü gündəmdə saxlamaq, ictimaiyyətin gözündən pərdə asmaq bu qurumun mürəmadi istifadə etdiyi uğursuz metodlardandır. Məsələ orasındadır ki, Milli Şura aksiya barədə qərarları daim Azərbaycanla bağlı əlamətdar günlərdə verməyi üstün tutur. Baxmayaraq ki, belə aksiyaların baş tutacağına Şurada təmsil olunan siyasi partiyaların özləri belə şübhə ilə yanaşırlar. Məlumat üçün qeyd edək ki, Mili Şura 2013-cü ilin prezident seçkilərində Rusiyanın layihəsi kimi gündəmə gəlib. Deməli, şura üzvləri çox gözəl dərk edirlər ki, Azərbaycanda onların sosial bazaları yoxdur. Sadəcə passivliyi aradan qaldırmaq məqsədilə siyasi gediş etmək niyyətindədirlər. Sirr deyil ki, Şuranın belə bir qərar qəbul etməsində Musavat Partiyası katalizator rolunu oynayıb. Şuranın əsas istiqamətvericisi və ideoloji mərkəzi olan Musavat Partiyasının qurultayından sonra məhz belə bir qərarın verilməsini təsadüfi hesab etmək sadəlövlük olardı. Görünən tərəf ondan ibarətdir ki, nəzərdə tutulan aksiya Müsavat Partiyasının yeni başqanı Arif Hacılının cəmiyyətə təqdim olunması məqsədi güdür. Bununla hesab olunur ki, Müsavat Partiyası cəmiyyətə "ana müxakifət", Arif Hacılı isə onun lideri kimi sırına bilər. Ancaq nəzərə alınmayıb ki, yeni başqan nəinki cəmiyyətdə, heç müxalifəti təmsil edən partiyalar tərəfindən birmənalı şəkildə qəbul edilmir. Məhz bundan ehtiyatlanan Şura aksiyaya dəstək vermək üçün sosial baza axtarışına çıxıb. Qarşıya qoyulan məqsədə nail omaq üçün cəmiyyətin aktiv təbəqəsini cəlb etmək isə vacib şərtdir. İlk ağıla gələn də təzadlı fikirləri ilə cəmiyyətdə fəal hesab olunan dindarlar olub. Məlumata görə, Şura aksiyada onlara dəstək vermək üçün dindarlara müraciət ünvanlayıb. Məhz bu addım bir daha onu göstərir ki, Milli Şura Musavatın bir partiya kimi siyasi arenada qalması üçün müxtəlif yollar axtarışındadır. Bu axtarışda siyasi müttəfiqlərinə etibar etməyən birlik kənarda dayaq axtarmaq zorunda qalıb. Nəzərə almaq lazımdır ki, MŞ-da təmsil olunan müxalifət partiyaların əksəriyyəti kütləvi aksiyaları effektli vasitə hesab etmirlər. Gərginlik, qarşıdurmadansa, digər siyasi vasitələrə üstünlük verirlər. Hesab olunur ki, kütləvi aksiyanın effektli alınması üçün cəmiyyətin siyasi fəaliyyəti yüksək olmalıdır. Azərbaycan reallığında isə cəmiyyət birmənalı olaraq iqtidarın yürütdüyü siyasəti tədqir edir. Yəni, aksiyaların kütləviliyi üçün sosial sifariş yox dərəcəsindədir. Bu isə o deməkdir ki, Milli Şuranın sosial bazasını təşkil edən müxalifət partiyalar arasında kəskin fikir ayrılığı var. Belə halda boşluğu radikal dindarlar doldura bilər. Maraqlıdır, nədən Milli Şura məhz dindarları hədəf seçib?
Siyasətdən az-çox başı çıxan hər bir kəs dərk edir ki, kütləvi aksiyaların keçirilməsi üçün siyasi sifariş önəmli rol oynayır. Ölkədə sosial, iqtisadi, siyasi problemlərin mövcud olmadığı bir dönəmdə hər hansı aksiyanın keçirilməsi təbii ki, siyasi cığallıqdan başqa bir şey deyil. Milli Şuranın dindarlara müraciət etməsi də məhz bu vərdişdən irəli gəlir. Həm də düşünürlər ki, siyasi təbəqədən fərqli olaraq dindarlar üçün bu kimi problemlər ikinci dərəcəli məsələdir. Fakt isə ondan ibarətdir ki, Milli Şuranın kütləvi aksiyalar keçirmək üçün sosial bazası tamamilə tükənib. Milli birlik ideyasından uzaq olan Şura hətta siyasi müttəfiqlərindən də əlini üzməli olub. Ona görə də dindarlardan yaralanmaq məqsədilə yeni "qırmaq" oyununa əl atıblar. Heç şübhəsiz ki, Şuranın belə üsullara əl atması bələdiyyə seçkiləri öncəsi "suyu bulandırmaq"dan başqa bir şey deyil. Dindarlardan siyasi məqsədlər üşün istifadə isə heç vaxt divident gətirməyib.
Alim