“Ukraynada çox qərbinə “atəşkəs” hökm sürür”

Elxan Şahinoğlu: “Ordu Donetskə nəzarət etməsə də, şəhərin hava limanını əlində saxlayır”

"Ukraynada çox qəribə "atəşkəs" hökm sürür. Deməli Minksdə razılaşmışdılar ki, hər iki tərəf ağır artilleriyanı 15 kilometr geri çəkəcək". "Olaylar"-ın məlumatına görə, Ukraynada səfərdə olan politoloq Elxan Şahinoğlu bu ölkədəki mövcud vəziyyəti dəyərləndirərkən belə deyib. E.Şahinoğlunun sözlərinə görə, razılaşmanın əldə olunmasına baxmayaraq tərəflər Donetsk hava limanının taleyini müəyyənləşdirmədilər: "Məsələ burasındadır ki, Ukrayna ordusu Donetskə nəzarət etməsə də, şəhərin hava limanını əlində saxlayır. Separatçılar isə atəşkəsə baxmayaraq hava limanını ələ keçirmək üçün bombardmanı davam etdirirlər. Ukrayna ordusu da hava limanında mühasirədə olan hərbçilərini qorumaq üçün başqa ərazilərdən separatçıların mövqelərinə zərbələr endirir. İndi bu nə atəşkəs oldu?" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00