Novruz Məmmədovdan Barak Obamaya cavab: O yerlər Qərbin "strateji tərəfdaşı"dır, qəzetləri, TV-ləri, QHT-ləri də susurlar
26 Sentyabr 2014 12:54 SiyasətPrezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı fikrini şərh edib. Trend-in məlumatına görə, Novruz Məmmədov Twitter səhifəsində yazıb: "Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, demokratiyadan və insan haqlarından danışmaq olmaz. PA rəsmisi bildirib ki, "amma o yerlər Qərbin "strateji tərəfdaşı"dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar... Maraqlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00