Partiya funksioneri İsa Qəmbəri regionçuluqda suçladı
Niyaməddin Orduxanlı: “Müsavat regionçuluq üzərində qurulmuş partiyadır”
25 Sentyabr 2014 18:26 SiyasətMüsavat Partiyasında başqanlığa namizəd Səxavət Əlisoyun qurultayda namizədliyinin geri götürülməsinə BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı münasibət bildirib. N.Orduxanlı deyib ki, Səxavət Əlisoyun adaylığı tamamilə formaldır: "Müsavat partiyasında, sən demə, Səxavət Əlisoy adında bir başqanlığa "namizəd" də var imiş. Bu adamın başqanlığa namizədliyi sürtülmüş şalvarın arxasına yamağa oxşayır. Guya bu adam Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürməsə, İsa Qəmbərin yerlisi başqan seçilə bilməyəcək imiş. Bu da özünü siyasətçi sayırmış... Hər kəs bilir ki, Müsavat birbaşa regionçuluq əsasında yaranmış bir partiyadır. Bu partiyanı İsa Qəmbər Elçibəy hakmiyyətinə ağır zərbə vuraraq regional əsasda qurub və hamı da bilir ki, İsa Qəmbər heç vaxt bu partiyanın başına başqa regiondan olan bir şəxsin gəlməsinə imkan verməz. Buna İsa Qəmbərin xarakteri də yol verməz". BAXCP funksionerinə görə partiyanın əsas siyasəti də regionçuluğa söykənib.