Millət vəkili Türk gəncliyini aktivliyə səsləyib

Ankarada TÜRKSAM-ın təşkilatçılığı ilə Ankara Vəkillər Kollegiyasında keçirilən "Qarabağda 3 nəsil 1 soyqırım" adlı sərgi və konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verib. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.  Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00