İlham Əliyev Tacikistana gedir
Azərbaycan prezidenti Emoməli Rəhmon və bir sıra dövlət rəsmiləri ilə görüşəcək
25 Sentyabr 2014 16:05 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Tacikistana gedəcək. Anspress-in məlumatına görə, Virtualaz.org tacik KİV-nə istinadən bildirir ki, İ.Əliyev 16-17 oktyabr tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq. Səfər zamanı Azərbaycan liderinin öz tacik həmkarı Emoməli Rəhmon, bir sıra dövlət rəsmiləri ilə görüşəcəyi planlaşdırılır. Prezidentlərin iki ölkə arasında iqtisadi əməkdaşlığa dair sənədləri imzalayacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00