AMİP-dən Əhməd Oruca sərt reaksiya
Elşən Mustafayev: “Onu vaxtında başa salan olmayıb”
24 Sentyabr 2014 16:25 Siyasət"Ümumiyyətlə təcrübə göstərir ki, bu və ya digər siyasi partiya barədə müxtəlif insanlar münasibət bildirirlər. Bunlar peşəkar siyasətçilər, politoloqlar, içtimai siyasi xadimlər, eləcə də sadaladığım parametrləri və digər elementar bilikləri olmayan insanlar da ola bilər". Bu fikirləri "OLAYLAR"-a AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Azadlıq Partiyasının sədri Əhməd Orucun AMİP barədə səsləndirdiyi iddialara münasibət bildirərkən səsləndirib. Bildirib ki, birinci kateqoriyaya aid insanlar fikir bildirəndə cavab vermək, hətta polemika açmaq da olar: "Amma Əhməd Orucun da aid olduğu ikinci koteqoriyaya aid insanlar belə fikirlər bildirəndə onlara nəyisə sübut eləməyə ehtiyac yoxdur, Çünki başa düşməyəcək. Başa düşməyəcək ona görə ki, onu vaxtında başa salan olmayıb. Eyni zamanda onları işlətdiyi belə fikirlərə görə təhqir də etmək olmaz. Çünki kimsə nəyisə, nələrisə başa düşmürsə, yəni qanmırsa təhqir etsən belə heç nə dəyişməyəcək".
Qeyd edək ki, Əhməd Oruc bu günlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, AMİP-adı olsa da, özü, fəaliyyəti yoxdur.