Millət vəkili Moldovada Qarabağ problemindən danışıb
24 Sentyabr 2014 16:16 SiyasətMillət vəkili Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində Qarabağ həqiqətlərindən danışıb. "OLAYLAR"-ın xəbərinə görə, universitetin rektoru Zinaida Arikova, bir sıra müəllim və tələbələrlə görüş və toplantıda Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı, Qaradağlı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi, Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə ətraflı məlumatlar verən millət vəkili bildirib ki, Ermənilərin törətdiyi Xocalı Soyqırımının yalnız bütün azərbaycanlılara qarşı bir soyqırım deyil: "Bu bütün insanlıq əleyhinə bir cinayətdir və dinindən, milliyyətindən asılı olmayaraq dünyada barış və sülh, ədalət tərəfində olan hər kəs Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Universitetin rektoru Zinaida Arikovaya, bır sıra müəllim və tələbələrinə rəhbərlik etdiyi "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib.