Xədicə İsmayılın ermənilərlə işbirliyinin daha bir nümunəsi

Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunun  müzakirəsi zamanı çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidova qarşı  jurnalist Xədicə İsmayıl və onun 10-a yaxın erməni dostu tərəfindən təxribat törədilib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, Xədicə İsmayıl və onun erməni dostları Əhməd Şahidovun arxasında düzülüb,  arxalarını ADİHİ rəhbərinə çevirərək, bir növ çıxışa etiraz ediblər.
Qeyd edək ki, Əhməd Şahidov çıxışı zamanı özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı "müstəqil və demokratik ölkə" kimi təqdim etməsinə etiraz əlaməti olaraq, mövzusunu sırf Ermənistan üzərində qurub və Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00