“Kamil Vəli Əkrəm Əylisi və Cəmil Həsənli eyni xarakterli adamlardı”
Niyaməddin Orduxanlı: “O maraq müxalifətidir, zorən müxalifətçilik edir”
23 Sentyabr 2014 19:17 SiyasətAXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müxalifəti təhqir etməsinə dair yazısına daha bir cavab gəlib. BAXCP sədrinin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bununla bağlı "OLAYLAR"a acıqlama verib. Onun sözlərinə görə, Kamil Vəli Nərimanoğlu ikiüzlü adamdır: "Bu adam utanmadan 65 yaşında Əli Kərimlinin əl buyruğçusu olub. Özü də yaxşı bilir ki, 1993-cü ildə Kamil Vəli prezidentin keçirdiyi müşavirədə başını əyəndə Əli Kərimli Kəlikidə onun haqqında hansı təhqirləri edirmiş. Əbülfəz bəy hakmiyyətdən gedəndən sonra bu adam yeganə adam olub ki, prezident Əbülfəz Elçibəyin "istefa ver" çağrışına əməl etməyib. O vaxt bu adam baş nazırın müavni vəzifəsini daşıyırmış. Ancaq bütün yaltaqlığına baxmayaraq mərhum Heydər Əliyev bu adamı vəzifəsindən qovdu. AzTV-nin arxivində onun kadrları var. Kim istəsə götürüb baxa bilər. Guya bu adam BAXCP sədri Qüdrət Həsənquliyevə cavab verib. Bu adam Qüdrət bəyin bununla bağlı dediyi faktların heç birini təkzib etməyib. Qüdrət bəy deyib ki, indi müavin olduğun Əli Kərimlini bir neçə il bundan qabaq "Yeni Müsavat" qəzetində təhqir edib "zurnaçı" adlandıran, prezident Əbülfəz Elçibəyin çağrışına əhəmiyyət verməyən sən olmamısan?!. Olmayıb bu hadisələr? İndi bir qrup gənclər bu faktları bilməz, ancaq o illərin içində olan və buna şahidlik edən xeyli insanlar var. Özünü "qəhrəman" kimi bu gənclərə sırıma". Niyaməddin Orduxanlı Kamil Vəlinin unversitetdə işlədiyi dövrdü məşhur ləqəb sahibi olduğunu da xatırladıb: "Həmin illərdə oxuyan tələbələr yaxşı bilir ki, Kamil Vəliyə hansı əməlinə görə ləqəb qoymuşdular. Kamil Vəli hakmiyyət gəlmək üçün istənilən addımı atmağa hazır olan insanlardandır. Özünü müxalifət adalandırır. O maraq müxalifətidir, zorən müxalifətçilik edir".