Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, Ermənistan rəhbərləri üçün ağır nəticələr verə bilər

"Azərbaycanın ərazilərini işğal ediblər, indi bundan sonra deyirlər ki, biz referendum keçirək. Biz bununla bağlı mövqeyimizi bildirmişik, onların da bundan xəbəri var. Bunlar hamısı boş fikirlərdir. Bəlkə də özlərinə təskinlik verirlər, bəlkə də bu, ölkə daxilində kiminsə xoşuna gəlir, amma bu yolu axıra qədər getmək olmaz". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Şotlandiyada keçirilən referendumla Dağlıq Qarabağdakı "referendum"u müqayisə etmək cəhdini şərh edərkən deyib. PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər gec həll olunsa, bu, Ermənistan rəhbərləri üçün və xalqı üçün ağır nəticələr verə bilər: "Gec-tez bu münaqişə həll olunmalıdır, biz torpaqlarımızı qaytaracağıq. Amma nəyin bahasına qaytaracağıq, onlar gərək bunu düşünsünlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00