Prezident İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəldi. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00