“Erməni diasporu da terrorçu Sərkisyan hakimiyyətinə az dəstək göstərməyib”
Fuad Hüseynzadə: “Əsas vəsifə erməni yalanlarını ifşa etməkdir”
23 Sentyabr 2014 14:49 Siyasət"Sərkisyan hakimiyyəti, eyni zamanda erməni diasporu beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Ermənilər bütün dünya qarşısında "yazıq" imici formalaşdırmaqla özlərinə dəstək qazanmaq istəyirlər". Bunu deyən Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə diqqətə çatdırıb ki, artıq bir çox ölkələri bu "yazıq"lıqları ilə aldada biliblər: "Bu işdə erməni diasporu da terrorçu Sərkisyan hakimiyyətinə az dəstək göstərməyib. Bu gün Azərbaycan diasporunun qarşısında duran əsas vəzifə erməni yalanlarını ifşa etməkdir. Dünya birliyinə Azərbaycan həqiqətlərini elə yalnız milli diasporumuz tam və əhatəli çatdıra bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00