Əhməd Davudoğlu gəlir
Türkiyənin yeni baş naziri Kiprə və Azərbaycana səfər edəcək
15 Sentyabr 2014 10:05 SiyasətTürkiyənin yeni baş naziri Əhməd Davudoğlu ilk xarici səfərə çıxacağı ölkə məlum olub.ANS PRESS-in xəbərinə görə, Davudoğlunun ilk xarici səfəri ŞimaliKipr Türk Respublikasına (KKTC) və Azərbaycana olacaq.Baş nazirlik mətbuat mərkəzinin məlumatına görə, Əhməd Davudoğlu sentyabrın 16-da KKTC-yə, 19-20 sentyabrda isə Azərbaycana səfər edəcək.Xatırladaq ki, 12-ci prezident Rəcəb Tayyib Ərdoğan da vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq KKTC-yə və Azərbaycana səfər etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00