Krım tatarlarının liderləri seçkilərə qatılacaq

Onlar Ukrayna prezidenti Petro Poroşenkonun blokunda təmsil olunacaq

Krım Tatar Məclisinin sədri Rüfət Çubarov və məclisin sabiq rəhbəri Mustafa Cəmiloğlu Ukraynada oktyabrın 26-a təyin edilən növbədənkənar parlament seçkilərinə "Petro Poroşenko bloku"nun siyahısı ilə qatılacaq.

Bu barədə partiyanın sədri, siyasi qüvvənin lideri Yuru Letsenko bildirib. Onu sözlərinə görə, postmaydan partiyalarının hamısına müraciət edilib ki, onların siyahısında heç olmasa bir krım tatarı olsun. Prezidentin blokunda isə onların sayı iki olacaq - Çubarov və Cəmiloğlu.
Mənbə
Musavat.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00