XİN rəhbəri: Avstriya və Azərbaycan yaxşı tərəfdaş ola bilər
12 Sentyabr 2014 09:48 SiyasətAvstriya və Azərbaycan yaxşı tərəfdaş ola bilər. Bunu Avstriyanın xarici işlər naziri Sebastian Kurts Elmar Məmmədyarovla görüşün sonunda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlər yaxşı səviyyədədir və onların inkişafı üçün perspektivlər mövcuddur.
"Biz mənim həmkarımla müxtəlif məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. İnanıram ki, tərəflər sülh danışıqları yolu ilə münaqişəni nizama salmağı bacaracaq", - Kurts qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00