Avropa Şurasının baş katibi Bakıya gəlir

28-30 oktyabrda Bakıda ilk dəfə olaraq gerçəkləşəcək  Gənclər siyəsəti üzrə I Qlobal Foruma Avropa Şurasının Baş Katibi Törbyorn Yaqland da qatılacaq. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, Avropa Şurası, YUNESKO, BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir.
Forumda 200  gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün  174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT -nın nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.
Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00