Prezident qəbul keçirdi
İlham Əliyev Türkiyənin müdafiə naziri İsmet Yılmazla görüşüb
11 Sentyabr 2014 15:44 SiyasətAzərbaycan Prezident İlham Əliyev sentyabrın 11-də Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Anspress-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirilib. Görüşdə həmçinin, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Eyni zamanda Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.