Donald Tramp Cənubi Çin dənizindəki vəziyyətdən narahat olmadığını bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Çin dənizindəki vəziyyətlə bağlı heç bir narahatlıq keçirmədiyini açıqlayıb. O, bu fikirləri Manilada Filippin Prezidenti kiçik Ferdinand Markosla görüşü zamanı jurnalistlərin müvafiq sualını cavablandırarkən səsləndirib. Tramp məsələnin nəzarətdə olduğunu və bununla bağlı lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Qeyd edək ki, Pekin onilliklərdir ki, Cənubi Çin dənizində zəngin karbohidrogen ehtiyatlarının aşkar edildiyi bir sıra ərazilərin - Parasel (Sişa) adaları, Spratli (Nanşa) arxipelaqı və Skarboro (Xuan-yan) rifinin mənsubiyyəti ilə bağlı Bruney, Vyetnam, Malayziya və Filippinlə mübahisələr aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31