Gürcüstan məhkəmə sisteminin şəffaflığına görə Avropada ən yüksək qiymət alıb – ÖZƏL
11:35 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Avropa İttifaqının "Horizon" proqramı çərçivəsində həyata keçirilən "BridgeGap" elmi-tədqiqat layihəsinin məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi üzrə reytinqində yüksək nəticələr əldə edib. Bu barədə hakim "Gürcü Arzusu" partiyası məlumat yayıb.
Bildirilib ki, 10 ballıq şkala üzrə məhkəmə sisteminin şəffaflığı göstəricisinə görə Gürcüstan maksimum - 10 bal toplayaraq Avropa İttifaqının 17 üzv dövləti ilə birlikdə birinci yeri bölüşüb. Məhkəmə sisteminin müstəqilliyi üzrə isə 6 bal toplayan ölkə 17-ci pillədə qərarlaşaraq Avropanın ilk iyirmiliyinə daxil olub.
Partiyanın açıqlamasında vurğulanır ki, məhkəmə müstəqilliyi göstəricisinə görə Gürcüstan Avropa İttifaqının orta səviyyəsini, "Böyük Yeddilik" (G7) ölkələrindən birini, NATO və Şengen zonasını, eləcə də İtaliya, İspaniya, Polşa, Litva, Latviya, Yunanıstan, Macarıstan və Türkiyə daxil olmaqla 18 Avropa dövlətini geridə qoyub.
Qeyd edək ki, 2024-2027-ci illəri əhatə edən "BridgeGap" layihəsi Avropanın müxtəlif tədqiqat mərkəzlərini birləşdirən alimlər qrupu tərəfindən icra olunur və korrupsiyanın qarşısının alınmasına yönəlmiş elmi sübut bazasının yaradılmasını hədəfləyir.