Avropa rəsmiləri Putin, Tramp və Si Cinpinin görüşündən narahatdır – ÖZƏL
12:07 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi şəxsləri Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək üçtərəfli danışıqlardan narahatlıq keçirirlər. "Politico" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Brüssel bu üç dövlət liderinin Avropa nümayəndələrinin iştirakı olmadan regionun gələcək təhlükəsizlik sistemini müzakirə edib müəyyənləşdirməsindən ehtiyatlanır.
Məqalədə qeyd olunur ki, Avropada Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı əsl niyyətlərinə dair də şübhələr mövcuddur. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq bu görüş Rusiya, ABŞ və Çin liderlərinin bu formatda ilk təkbətək təması olacaq. Danışıqlarda qlobal sülh və böyük dövlətlər arasında strateji sabitliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi gözlənilir. Bundan əlavə, Tramp sammit çərçivəsində Putinlə ikitərəfli görüşün də istisna edilmədiyini bildirib.