Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün hər zaman hazır olduğunu bildirib. Belə addım üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik.

Trend-in müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü Almaniya xarici işlər naziri Johann David Vadephul Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinqdə çıxışı zamanı deyib.

Alman nazir bildirib ki, Almaniya Azərbaycan və Ermənistan arasından sülhün bərpası üçün əlindən gələni etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31