İran Hörmüz boğazındakı vəziyyətdən narahatlığını bildirib – ÖZƏL
12:11 SiyasətOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə çıxış edərək bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilk növbədə İran üçün vacibdir və Tehran orada yaranmış gərginlikdən məmnun deyil.
Bəyanat Hörmüz boğazında 750 min barel neft daşıyan tankerin dəniz minasına düşərək partlamasından sonra verilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, gəmi xəbərdarlıqlara məhəl qoymayaraq icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərib. ABŞ və İsrailin fevralın sonundan etibarən İrana endirdiyi zərbələr və qarşılıqlı hərbi əməliyyatlar nəticəsində hazırda Hörmüz boğazından gəmilərin gediş-gəlişi demək olar ki, dayanıb. Qlobal neft və qaz tədarükündə strateji rol oynayan bu marşrutun bağlanması dünya bazarında yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.