Gürcüstan parlamentinin komitə sədri Aİ səfirini çevriliş cəhdində ittiham edib – ÖZƏL
10:55 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Diaspor məsələləri komitəsinin sədri İrakli Zarkua Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskini kəskin tənqid edərək, onun Aİ ilə Gürcüstan arasında körpü olmaq əvəzinə ölkədə inqilab təşkil etməyə çalışdığını bildirib.
Kaketidə keçirilən "Avropa Günü" tədbirində xalqın seçdiyi hakimiyyəti təhqir edən ifaçıların dəvət olunmasını pisləyən parlamentari, Aİ səfirinin əsas missiyasının ölkəyə xarici agenturanı yerləşdirmək olduğunu və bu planların baş tutmadığı üçün Gürcüstan dövlətinin maraqlarına zərər vurduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31