Rusiya Dövlət Dumasının sədri Volodin Ukrayna rəhbərliyini tənqid edib – ÖZƏL
10:52 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ prezidenti Donald Trampın Ukraynada yeni liderin seçilməsi və seçkilərin keçirilməsi barədə fikirlərini şərh edərək, Vladimir Zelenskini müxtəlif bəhanələrlə seçkilərdən yayınmaqda və legitimliyini itirməkdə ittiham edib. Volodinin sözlərinə görə, Ukraynada siyasi sistem dağıdılıb, müxalifət və media təzyiq altındadır. Duma sədri həmçinin iddia edib ki, kollektiv Qərb müstəqil Ukraynada maraqlı deyil, sadəcə silah tədarükü ilə öz təsirini saxlamağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31