Papuaşvili: “Böyük Britaniyanın sanksiyaları ərazi bütövlüyümüzün bərpasına kömək etmir” – ÖZƏL
15:09 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Böyük Britaniyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı şəxslərə, həmçinin dörd Gürcüstan vətəndaşına tətbiq etdiyi sanksiyaları şərh edərək bunu Londonun Rusiya ilə qarşıdurma siyasətinin tərkib hissəsi adlandırıb. Papuaşvili bildirib ki, "xarab olmuş saat da gündə iki dəfə düzgün vaxtı göstərir" və bu qərar Gürcüstanın ərazi bütövlüyünün bərpasına nə kömək edir, nə də mane olur.
Londonun Tbilisi ilə məsləhətləşmədən hərəkət etdiyini vurğulayan spiker, sanksiyaya məruz qalan Gürcüstan vətəndaşlarının zatən Rusiyada yaşadıqlarını və bu addımın sırf Böyük Britaniya ilə Rusiya arasındakı mübarizəyə xidmət etdiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31