Yaponiya Avstraliyada hipersəs raketləri sınaqdan keçirmək istəyir-ÖZƏL

Yaponiya növbəti on il ərzində Avstraliyadakı sınaq poliqonlarında hipersəs raket sistemləri də daxil olmaqla müxtəlif raket sistemlərini sınaqdan keçirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə The Canberra Times qəzeti məlumat yayıb .
Avstraliyanın müdafiə naziri Riçard Marles yaponiyalı həmkarı Şinjiro Koizumi ilə danışıqlardan sonra bildirib ki, Yaponiyanın Avstraliya sınaq poliqonlarından öz sınaqları üçün, məsələn, hipersəs raket proqramının bir hissəsi kimi istifadə etməsinə icazə verilməsi ilə bağlı danışıqlar uğurla davam edir.
Marles jurnalistlərə bildirib ki, iki tərəf "növbəti on il ərzində Tokionun Avstraliya raket poliqonlarından istifadəsi üçün Avstraliya və Yaponiya arasında daha yaxşı və daha geniş bir razılaşma əldə etmək barədə razılığa gəliblər". Koizumi bu ehtimalı "irəliləyiş hadisəsi" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31