Azərbaycan Estoniyaya yeni səfir təyin edib
13:43 SiyasətAzərbaycan Estoniyaya yeni fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31