Çin: Yaponiyanın "Tomahawk" raket sınaqları cavab tədbirləri tələb edir- ÖZƏL

Çin Müdafiə Nazirliyi Yaponiyanın Sakit okeanda "Tomahawk" raketləri ilə keçirdiyi təlimləri tənqid edib. Olaylar.az xəbər verir ki, nazirliyin sözçüsü Çen Si bildirib ki, Yaponiyanın yenidən hərbiləşmə prosesinin sürətlənməsi beynəlxalq ictimaiyyətin koordinasiyalı reaksiyasını tələb edir.
Onun sözlərinə görə, Tokio regional təhlükəsizlik təhdidlərini bəhanə edərək hücum silahlarını gücləndirir və bu, Asiya-Sakit okean regionunda ölkələrin yüksək sayıqlıq göstərməsini zəruri edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31