Vaydel Almaniya sənayesinin ölkədəki şəraitdən əziyyət çəkdiyini bildirib- ÖZƏL
12:40 SiyasətAlmaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel bildirib ki, Almaniya sənayesi ölkədəki mövcud vəziyyətdən əziyyət çəkir və istehsalı ABŞ-a köçürür.
"Daha pis xəbər: Daimler Truck şirkətinin mənfəəti 48% azalıb. Buna baxmayaraq, ABŞ-da yeni bir zavodun tikintisi planlaşdırılır. Alman sənayesi ölkədəki şəraitdən əziyyət çəkir və bundan qaçır", - deyə Vaydel X-də yazıb. Olaylar.az xəbər verir ki, o, həmçinin AfD hakimiyyətə gələrsə, ölkənin iqtisadi siyasətində fundamental dəyişikliklər edəcəyini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31