“Güclü Ermənistan” fraksiyasının qərarı parlamentdə gərginliyə səbəb olub – ÖZƏL
11:16 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" fraksiyasının parlament iclasını tərk edərək Bütün Ermənilərin Katolikosunun məhkəmə prosesinə qatılmaq qərarı hakim komandada ciddi müzakirələrə yol açıb. Bu barədə "Hraparak" qəzeti məlumat dərc edib.
Fraksiya rəhbəri Narek Karapetyan dini borclarının hər cür siyasi prosesdən üstün olduğunu bildirərək, deputatların Vağarşapatda, Eçmiədzrin məhkəmə binasının qarşısında olacağını bəyan edib. Bu addım günün ikinci yarısına planlaşdırılan və "Güclü Ermənistan"ın nümayəndəsi Aram Vardevanyanın parlamentin üçüncü vitse-spikeri vəzifəsinə seçiləcəyi səsverməni sual altına qoyur.
Hakim "Mülki Müqavilə" partiyasında iclası qəsdən uzatmaq və səsverməni müxalifətin olmadığı vaxta salmaq təklif edilsə də, parlament reqlamenti buna imkan vermir. Bütün çıxışlar başa çatdıqdan dərhal sonra səsvermə keçirilməlidir. Hakim partiya rəhbərliyi isə deputatlara vaxt itirməmək üçün lazımsız çıxışlardan çəkinməyi tapşırıb.