Aİİ ölkələri ərzaq təhlükəsizliyini gücləndirməli və xarici tədarükdən asılılığı azaltmalıdır ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustın Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibli iclasında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyini bildirib.

Mişustın qeyd edib ki, hazırda İttifaq ölkələri taxıl, ət, süd, şəkər, bitki yağları və yumurtaya olan daxili tələbatı tam ödəyir, lakin bu siyahı daha da genişləndirilməlidir. Bunun üçün aqrar sahənin daxili istehsal hesabına keyfiyyətli toxumlar, gübrələr, təhlükəsiz yem əlavələri və müasir baytarlıq preparatları ilə təmin olunması, xarici tədarükçülərdən asılılığın azaldılması tələb olunur. Rusiya hökumət başçısı tərəfdaşları aqrar-sənaye sahəsində səyləri və təcrübəni fəal şəkildə birləşdirməyə çağırıb.

Avqustun 6-da Qırğızıstanda başlayan iclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın hökumət başçıları, həmçinin müşahidəçi ölkələrin nümayəndələri iştirak edir. Gündəliyə 15-dən çox məsələ daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31