Mixail Saakaşvili: “2008-ci ildə Gürcüstanın Rusiyanın strateji məqsədlərinə çatmasının qarşısını aldıq” – ÖZƏL
10:36 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında 2008-ci ilin Avqust müharibəsi ilə bağlı bəyanat yayaraq hakim "Gürcü arzusu" partiyasını və Rusiyanı kəskin tənqid edib.
Saakaşvili bildirib ki, Rusiya və hakimiyyət onun ölkəni tərk etməməsini bağışlaya bilmir. sabiq prezidentin sözlərinə görə, o, xalqı və demokratik dünyanı səfərbər edərək Gürcüstanı qoruyub və Rusiyanın müharibədəki strateji məqsədlərinə çatmasına imkan verməyib.
Bəyanatda həmçinin milli qəhrəman Georgi Antsexelidzenin və Gürcüstan ordusunun müqaviməti xüsusi vurğulanıb. Saakaşvili mövcud hakimiyyəti ordunun döyüş ruhunu sarsımaqda, ölkənin maraqlarını satmaqda və xalqa qarşı qisasçılıq siyasəti yürütməkdə ittiham edib. Sabiq dövlət başçısı Gürcüstanın azadlıq və müstəqillik ideyasının əbədi yaşayacağını bildirib.