Dövlətçiliyin və suverenliyin mühüm sütunlarından biri- Hərbi Dəniz Qüvvələri- ÖZƏL

"5 Avqust - Azərbaycan Hərbi Donanması Günüdür. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il 5 avqust ölkəmizdə Azərbaycan Hərbi Donanması Günü kimi qeyd olunur. Bu əlamətdar tarix, dövlətçiliyimizin və suverenliyimizin mühüm sütunlarından olan Hərbi Dəniz Qüvvələrimizin formalaşmasını, inkişafını və gücünü təcəssüm etdirir". "Olaylar" xəbər verir ki,  bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: 
"Xəzər dənizində sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qəhrəman şəxsi heyətini ürəkdən təbrik edirəm!

Dəniz sərhədlərimizin qorunmasında göstərdiyiniz yüksək peşəkarlıq və vətənpərvərlik hər zaman dövlətimiz və xalqımız tərəfindən dərin hörmətlə qarşılanır. Sizin əzmli və məsuliyyətli xidmətiniz Azərbaycanın hərbi qüdrətinin, ərazi bütövlüyünün təminatında əvəzsiz yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31