Gürcüstan müxalifəti Baş nazirin bəyanatını kəskin tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Dəyişikliklər üçün Koalisiya"nın liderlərindən biri Nika Qvaramiya Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2008-ci il müharibəsindən sonra ölkədəki "rusofobiya" səviyyəsi ilə bağlı sosial şəbəkədə yaydığı bəyanata sert reaksiya verib. Qvaramiya bu məktubu "axmaqlıq və milli maraqlara xəyanət manifesti" adlandıraraq, mətndə həddindən artıq rusofiliya, yalan və anlayışların qarışdırıldığını bildirib. 

O, vurğulayıb ki, Hökumət rəhbərinin qeyri-ciddi bəyanatları fonunda ölkənin bu qüvvələrin idarəçiliyində qalması təkcə hakimiyyətin deyil, həm də cəmiyyətin məsuliyyətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31