Azərbaycan Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşına çevrilib- ÖZƏL

"Son illər dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Asiya ilə Avropanı birləşdirən bu marşrutun əsas iştirakçılarından biri olan Azərbaycan müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası vasitəsilə Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşına çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Çolpon-Ata Bəyannaməsi bu imkanların daha səmərəli istifadəsini, yükdaşımaların artırılmasını və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və gələcəkdə tam reallaşacaq Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında daşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu layihələr yalnız iqtisadi dividendlər qazandırmayacaq, həm də türk dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi enerji layihələri Mərkəzi Asiya dövlətləri üçün də yeni imkanlar yaradır. Xəzər dənizi üzərindən enerji əməkdaşlığının genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin inkişafı Çolpon-Ata Bəyannaməsində xüsusi yer tutur. Bu əməkdaşlıq regionun dayanıqlı inkişafına mühüm töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31