Patruşev: Dünya okeanları yenidən geosiyasi mübarizənin əsas arenasına çevrilir- ÖZƏL
10:12 SiyasətHazırda dünya okeanlarında mürəkkəb vəziyyət yaranır və bu okeanlar yenidən geosiyasi mübarizə meydanına çevrilir. Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və Dənizçilik Kollegiyasının rəhbəri Nikolay Patruşev Braziliyada keçirilən danışıqlar zamanı vurğulayıb.
Rusiya və Braziliya arasında dəniz logistikası, qabaqcıl dəniz texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafından danışan Patruşev dənizdə strateji sabitliyin qorunması üçün siyasi dialoqun aparılmasının vacibliyini vurğulayıb. O, izah edib ki, "Dünya okeanlarında vəziyyət hazırda olduqca mürəkkəbdir. Okean yenidən geosiyasi mübarizənin əsas arenasına çevrilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31