Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
14:23 SiyasətNaim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəcamla Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası SədərəkRayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31