Ermənistanın şərab ixracı AİƏT-dən asılı vəziyyətdədir – ÖZƏL
16:24 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın şərab ixracından əldə etdiyi gəlirin təxminən 70%-i Avrasiya İqtisadi İttifaqı (AİƏT) ölkələrinin payına düşür. Respublikanın qurumdan çıxacağı təqdirdə şərab ixracının böyük bir hissəsi təhlükə altına düşə bilər.
2025-ci ilin yekunlarına əsasən, Ermənistan 18,7 milyon dollar dəyərində şərab ixrac edib. Bunun 13 milyon dolları (69,6%-i) AİƏT ölkələrinə, əsasən də 12,8 milyon dollarla Rusiyanın payına düşüb. Belarus 122,2 min, Qazaxıstan isə 57,2 min dollarlıq məhsul alıb. Qurumdan kənar ölkələr arasında isə ən böyük alıcılar ABŞ (1,5 milyon dollar) və Kürasao (1,1 milyon dollar) olub.
Bu rəqəmlər fonunda Baş nazir Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilə biləcəyini istisna etməyib. Lakin Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, eyni vaxtda həm Aİ, həm də AİƏT ilə gömrük ittifaqında yer almaq mümkün deyil.