Keçmiş deputat Paşinyanı məhkəməyə verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının keçmiş deputatı Sofiya Ovsepyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. O, bildirib ki, İrəvan Mülki Məhkəməsi iddianı icraata qəbul edib.

Ovsepyanın sözlərinə görə, iddia Paşinyanın bu il iyunun 11-də səsləndirdiyi bəyanatla bağlıdır. Baş nazir həmin çıxışında müxalifətə səs verən bütün seçicilərin rüşvət müqabilində səs verdiyini, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının topladığı səslərin isə "üzvi" xarakter daşıdığını bildirmişdi.

Keçmiş deputat məhkəmənin iddianı qəbul etdiyini və bununla bağlı qərarı artıq aldığını açıqlayıb. O, məsələ ilə bağlı əlavə məlumatların daha sonra veriləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31