“Vahid Milli Hərəkat”da kollektiv idarəetmə və üzvlük haqqı tətbiq edilə bilər – ÖZƏL
10:47 SiyasətOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Qiorqi Baramidzenin sözlərinə görə, təşkilatda tək sədr əvəzinə siyasi funksiyaları kollektiv şəkildə həyata keçirəcək rəhbər qrupun formalaşdırılması fikri üstünlük təşkil edir. Qanunvericiliyin tələb etdiyi imza səlahiyyətli şəxs isə yalnız formal xarakter daşıyacaq.
Partiyanı daha xalq yönümlü etmək və maliyyə müstəqilliyini təmin etmək məqsədilə xüsusi mobil tətbiq vasitəsilə üzvlərin qərarların qəbulunda iştirakı və aylıq üzvlük haqlarının ödənilməsi planlaşdırılır. Baramidze bildirib ki, bu islahatlar partiyanın siyasi və maliyyə baxımından heç kəsdən asılı olmamasını təmin edəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31