Azərbaycanın milli maraqları süni qalmaqallardan qat-qat üstündür- ÖZƏL
11:07 Siyasət"Dövlət rəsmilərinə sual vermək hər bir şəxsin hüququdur. Demokratik cəmiyyətlərdə ictimai şəxslərin suallarla üzləşməsi normal haldır. Lakin sual vermək adı altında əvvəlcədən hazırlanmış ittihamları səsləndirmək, mövzunu təhrif etmək və diqqəti mahiyyətdən yayındıraraq süni qarşıdurma yaratmağa çalışmaq artıq jurnalistika və ya vətəndaş mövqeyi deyil, təxribat cəhdidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Almaniyada baş verən son hadisə də bunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə və xarici işlər naziri Ceyhun Bayramova qarşı sərgilənən yanaşmanın məqsədi obyektiv informasiya əldə etməkdən daha çox, sosial şəbəkələr üçün qalmaqallı görüntü yaratmaq və ölkəmizə qarşı növbəti manipulyasiya aləti formalaşdırmaq idi.
Lakin belə hallarda ən güclü cavab emosiyalar deyil, təmkin, fakt və dövlətçilik mövqeyidir. Azərbaycan rəsmiləri də məhz bunu nümayiş etdirdilər. Qarşı tərəfin yaratmağa çalışdığı gərginliyə qoşulmadan, təxribat xarakterli yanaşmalara soyuqqanlı və əsaslandırılmış münasibət göstərilməsi dövlət təfəkkürünün və siyasi mədəniyyətin nümunəsidir.
Bu gün Azərbaycan öz siyasətini sosial şəbəkələrdə yaradılan süni gündəmlərə deyil, milli maraqlara, beynəlxalq hüquqa və dövlətçilik prinsiplərinə əsasən müəyyənləşdirir. Harada və hansı şəraitdə olmasından asılı olmayaraq Azərbaycan dövlətinin mövqeyi qətiyyətlə müdafiə olunur və ölkəmizin maraqları ardıcıl şəkildə qorunur.
Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi fikirlər də mahiyyət etibarilə mühüm bir həqiqəti əks etdirir: dövlətə və milli maraqlara münasibət hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Siyasi baxışlar fərqli ola bilər, lakin Azərbaycanın milli maraqları, dövlətimizin nüfuzu və xalqımızın mənafeləri hər zaman hər cür şəxsi ambisiyadan üstün tutulmalıdır.
Ölkəmizə qarşı müxtəlif platformalarda aparılan qarayaxma kampaniyaları göstərir ki, bəzi dairələr Azərbaycanı əldə etdiyi uğurlar, müstəqil siyasəti və artan beynəlxalq nüfuzu fonunda hədəfə almağa davam edirlər. Ancaq tarix dəfələrlə sübut edib ki, faktlara söykənən həqiqətlər manipulyasiyalardan daha güclüdür. Azərbaycanın milli maraqları sosial media sensasiyalarından, süni qalmaqallardan və qərəzli kampaniyalardan qat-qat üstündür. Dövlətçilik məsuliyyəti də məhz bunu tələb edir"
Ölkəmizə qarşı müxtəlif platformalarda aparılan qarayaxma kampaniyaları göstərir ki, bəzi dairələr Azərbaycanı əldə etdiyi uğurlar, müstəqil siyasəti və artan beynəlxalq nüfuzu fonunda hədəfə almağa davam edirlər. Ancaq tarix dəfələrlə sübut edib ki, faktlara söykənən həqiqətlər manipulyasiyalardan daha güclüdür. Azərbaycanın milli maraqları sosial media sensasiyalarından, süni qalmaqallardan və qərəzli kampaniyalardan qat-qat üstündür. Dövlətçilik məsuliyyəti də məhz bunu tələb edir".