Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Almaniya mədəniyyət, təhsil və insanlararası əlaqələrin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı gücləndirəcəklər.

Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.

Bəyanatda qeyd edilib ki, tərəflər mədəni mübadilə proqramlarını, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən təşəbbüsləri dəstəkləyəcəklər.

Sənəddə həmçinin innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31