Bakı və Berlin iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
18:10 SiyasətAzərbaycan və Almaniya ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılaşıblar.
Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.
Bəyanatda qeyd edilib ki, tərəflər ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviq edilməsini, həmçinin iqtisadi əlaqələrin inkişafı məqsədilə mövcud mexanizmlərdən daha səmərəli istifadəni planlaşdırırlar.
Sənədə əsasən, Azərbaycan və Almaniya yaşıl enerji, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bağlantılar və infrastruktur, enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın artırılmasında maraqlıdırlar.