Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

Azərbaycan və Almaniya regional və qlobal təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.

Bəyanatda qeyd edilib ki, tərəflər insan və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım, eləcə də təhlükəsizlik məsələləri üzrə dialoqu davam etdirəcəklər.

Sənəddə həmçinin müdafiə sənayesində əməkdaşlığın təşviqi, müdafiə akademiyaları və aidiyyəti qurumlar arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31