Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq
18:08 SiyasətAzərbaycan və Almaniya yaşıl enerji, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.
Bəyanatda qeyd edilib ki, tərəflər rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişaf edən texnologiyalar istiqamətində birgə fəaliyyət imkanlarını araşdıracaqlar.
Sənəddə elm, texnologiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın təşviq edilməsinin Azərbaycan-Almaniya tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31